Led Tablo, qaçan Yazı və ya ağıllı tablo olaraq adlandırılan tablo və ekranların satışa nə dərəcədə təsir etdiyini aydınlaşdıraq. Bu ekran və ya tablo sistemləri texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda ortaya çıxan yeni reklam növü olsa da, tez bir zamanda demək olar ki, bütün sektorda istifadə edilməyə başlanıldı.
Əvvəlcə kiçik mağaza və ya pərakəndəcilərin istifadə etdiyi bir reklam növü olsa da, tez bir zamanda böyük şirkətlərdə, restoran, kafe və digər müəssisələrdə ən effektli reklam növünə çevrildi. Bunun da əsas səbəbi led ekran və led tablolarla verilən reklamların daha effektli olub müştəri və satış dəyərini artırması oldu.AzfaLed komandası olaraq satış sonrası elektron tablo və led ekran istifadə edən müəssələrdəki satış nisbətini incələdik. Ortaya diqqətçəkici nəticələr çıxdı.
Adi hallarda müəssələr satış nisbətini artırmaq üçün, kataloq, buklet və s. kimi reklamlara bəlirli bir büdcə və uzun zaman sərf edirdi.Bununla da istədikləri satış nisbətini ya uzun zaman keçdikdən sonra əldə edər, ya da demək olar ki, hədəfinə çatmazdı. Lakin elektron tablo və ya led tablo istifadə edən müəssisələr artıq büdcəni fərqli reklam növlərinə illərdir sərf etməkdənsə, bu ekran və tablolara 1 dəfə sərf edərək, istədiyi reklamı, istədiyi zamanda və görüntüdə yayınlaya bildi.Led Ekran və elektron tablolar gözalıcı işıq və hərəkətli yazılar sahəsində müəəssisələrin insanlar tərəfindəndiqqət mərkəzinə çevrilməsinə səbəb oldu.Həmin led tablolardakı yazıların tez-tez dəyişdirilməsi isə istənilən zamanda kampanya və endirimlərin müştərilərə sürətli bir şəkildə çatdırılmasına şərait yaratdı.
Bu reklam növlərində görüntünün hər zaman dəyişdiriləbilir olması insanların tez-tez bir şeyi bir daha görməmək qaydasına qarşı çıxaraq, beynin yenidən həmin yerə və çatdırlmaq istənilən mesaja doğru yönləndirilməsini təmin edir. Buna nümunə də verə bilərik: bir insan ilk dəfə getdiyi bir yolu ikinci dəfə getdikdə ilk getdiyindən daha qısa dərk edir. Əslində bu vəziyətin məsafəylə heç bir əlaqəsi yoxdur. Vəziyyət beynimizin ilk dəfə getdiyi bir yolda gördüyü hər şeyi yaddaşda saxlamağa çalışması, ikinci dəfə gedərkən isə sadəcə dəyişiklikləri yaddaşda saxlamağa çalışmasıdır. Buna görə də led ekran istifadə edən hər hansı bir müəssisənin önündən keçən insan led ekranın dəyişkən olduğundan, beynində hər dəfəsində bir öncəki mesajı yeniləyəcəkdir.
Bununla da həmin şəxsin sizin müəssisə ilə bağlı hər hansı bir şeyə ehtiyacı olduğunda birbaşa həmin yerə getmə ehtimalı daha yüksək olacaqdır.
S Pro! I love the ease of use, I love the fact that I have total creative freedom.