Faydalı Bilgilər - AzFa LED

Axtar
İçeriğe git

Ana menü:

Faydalı Bilgilər


Texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda Led Ekran və Led Tablo sistemləri ortaya çıxan yeni reklam növü olsa da tez bir zamanda demək olar ki, bütün sektorda istifadə edilməyə  başlamışdır. 


Hazırlanılan Led Ekranlarda siz DVD, MPEG, MPG, FLV, SWF, AVİ, DAT, HTML, HTM, WMV, ASF, DAT, RM kimi video  çarxlarınızı və WORD, EXCEL, POWERPOINT kimi fayllarda isə mətnlərinizi yayınlaya bilərsiniz.

LED (İşıq Yayan Diodlar)İşıq yayan diodlar, doğru istiqamətdə gərginlik tətbiq olunduğu zaman işıq saçan, başqa cür desək, elektrik enerjini işıq enerjisi halına çevirən xüsusi qatqı maddəli PN diodlardır.
 
 
Piksel Nədir?
 
Led ekran üzərində bir və ya birdən çox ledin əmələ gətirdiyi tək bir rəng verən aralığa piksel deyilir.
Nümunə: 16 mm pitch aralıqlı bir ekranın 1 pikselini 2 ədəd qırmızı, 1 ədəd mavi, 1 ədəd yaşıl led əmələ gətirir.
 
 
Led Tablo, Kayan Yazı və ya ağıllı tablo olaraq adlandırılan tablo və ekranların satışa nə dərəcədə təsir etdiyini aydınlaşdıraq. Bu ekran və ya tablo sistemləri texnologiyanın sürətlə inkişaf etdiyi bir zamanda ortaya çıxan yeni reklam növü olsa da, tez bir zamanda demək olar ki, bütün sektorda istifadə edilməyə başlanıldı.
 
 Led Ekranların ömrü 100.000 (yüz min) saat olaraq dəyərləndirilir. Verilən bu ömür, əslində led ekran üzərindəki ledlərin parlaqlığının, fabrik çıxışı parlaqlığının yarısından aşağı düşməsidir. Bir led 100.000 saatdan sonra hələ də işıq verər, lakin artıq verdiyi işıq çox solğun olduğu üçün gündüz görünməz və ömrünü tamamlamış olaraq düşünülə bilər. 

 
Led ekranlar, elektriklə işləyən cihazlardır. Led ekranların gördüyü işi keçmişdə flüoresan vakuum balonları həyata keçirir və enerji sərfi led ekranların enerji sərfindən 50-100 qat daha çox idi. Led ekranlar öz aralarında az güc xərcləyəni, çox güc xərcləyəni, parlaqlıq və istifadə sisteminə fərqlənə bilir. Lakin bunlar çox cüzi fərqlərdir.
  
Led ekranlar istilik saçan cihazlardır. Açıq hava led ekranlarında günəşin ekranı isitməsi də xüsusi bir faktordur. Led ekran kabinlərində daxili olaraq kabin içində yığılan isti havanın çölə atılması üçün fanlar vardır. Dizayn etibarilə açıq hava led ekranlar, birbaşa olaraq açıq havada, ətraflarında hər hansı bir qaplama olmadan da işləyə bilər. Estetik məqsədlərlə edilən örtüklər, əgər led ekranın arxasında bağlı bir mühit yaradır və havalandırmaya maneə törədirsə mütləq aktiv soyutma əlavə edilməlidir.

Led ekranlarda rəng dərinliyini ekranın nəzarət sistemi müəyyən edir. Ümumiyyətlə,  led ekranlarda rəng, üç rəngin çalarlarının birləşməsindən meydana gəlir. Yaşıl, mavi və qırmızı ledlər, nəzarət sistemi tərəfindən fərqli zamanlarda yandırılıb-söndürülərək tonlar və bu səbəbdən də rənglər meydana çıxır
 
 
 
:
 
 

Sayac
İçeriğe dön | Ana menüye dön